“İyun ayı ərzində şagirdlər arasında ölçmə və qiymətləndirmə keçiriləcək”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.
Nazir əlavə edib ki, bu, onlayn şəkildə baş tutacaq:
“İyun ayında üç mindən altı minə yaxın şagird arasında ölçmə və qiymətləndirmə həyata keçiriləcək. Bunun keçirilməsində məqsəd proqramın neçə mənimsənilməsinin tədqiqi və monitorinqidir”.
İlhamə Əbülfət