Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şahbuzda avtomobil aşıb: Dörd yeniyetmə xəsarət alıb
Şahbuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə rayonun Külüs kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı avtomobilin aşması nəticəsində dörd nəfər kənd sakini - 2007-ci il təvəllüdlü Vurğun Elgün oğlu Cəfərli, 2008-ci il təvəllüdlü Yaqub Xəyal oğlu Vəliyev, Sinan Məzahir oğlu Quliyev və 2011-ci təvəllüdlü Barat Qənimət oğlu Məmmədov xəsarət alıblar. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağır qiymətləndırilir.
İlkin məlumata görə, uşaqlardan biri maşını valideynlərindən icazəsiz götürərək sürüb və bu zaman qəza törədib.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Ötən gün ölkə ərazisində bir qəza baş verib, beş nəfər xəsarət alıb
- Aeroport yolunda zəncirvari QƏZA
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI