Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sahibkarlar üçün nə edilməlidir? Onlayn alış-veriş onların gününü qaraldıb
Onlayn ticarət imkanlarının artması alıcıların işini asanlaşdırsa da, satıcıların bazarını bağlayıb. Ölkədə fəaliyyət göstərən bəzi sahibkarlar virtual rəqiblərinə uduzurlar.
İqtisadçılar onlayn ticarətin ənənəvi alış-verişi geridə qoyma səbəbini vergi rüsumları ilə əlaqələndirirlər.
"Vergi məsələsində hökumət vətəndaşlara humanist yanaşaraq aylıq 300 dollarlıq şəxsi istehlak üçün etdiyi idxalı bütün vergi və rüsumlardan azad edib. Kanalın birinin digəri qarşısında vergi üstünlüyünün olması ənənəvi ticarətə problem yaradır. Nəticədə, sahibkarlar ciddi əziyyət çəkirlər", - deyə iqtisadçı Xalid Kərimli bildirib.
Maraqlıdır, bu halda yerli sahibkarların aqibəti necə olacaq?
İqtisadçının sözlərinə görə, sahibkarlara vergi güzəştləri tətbiq olunarsa, onlayn alış-verişlə balans yaranar, beləcə bazar rəqabətində ədalət bərpa olunar.
Daha ətraflı Baku TV-nin süjetində:

"Onlayn ticarət" teqi üzrə xəbərlər
- CFI şirkətindən misli görünməyən rekord: Ticarət həcmi 1.12 trilyon dolları ötdü
- ABŞ "Temu"ya sanksiya tətbiq edə bilər
- "Temu"dan şikayət edənlərin sayı gündən-günə ARTIR: Aldanmamaq üçün nələrə diqqət etməliyik?
- Yeni dələduzluq növü: Maşınınızı yol kənarında saxlayanda ehtiyatlı olun
- Azərbaycanda alıcılara şad, satıcılara bəd xəbər: Bazarda yeni "müharibə" başlayır