Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Lavrov və Rubio İstanbul danışıqlarının nəticələrini müzakirə ediblər
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.
Oxu.Az "İzvestiya" nəşrinə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, tərəflər Rusiya-Amerika təmaslarının davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Həmçinin tərəflər İstanbulda keçirilmiş Rusiya-Ukrayna danışıqlarının nəticələrini, eləcə də digər beynəlxalq və regional məsələləri müzakirə ediblər.
"Rusiya-Ukrayna danışıqları" teqi üzrə xəbərlər
- Rusiya-Ukrayna danışıqları yenidən İstanbulda keçiriləcək?
- Rusiya Ukraynaya 1 200 hərbçinin cəsədini təhvil verdi
- Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub
- Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub
- Tramp: "2020-ci ildə prezident seçkisi saxtalaşdırılmasaydı, bu müharibə baş verməzdi"
Ən çox oxunanlar