Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Sahibsiz itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti necədir? - AÇIQLAMA
Sahibsiz itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti ağır olaraq qalır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Açıqlamada qeyd olunub ki, it dişləməsi səbəbi ilə zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlının müalicəsi Kliniki Tibbi Mərkəzin Reanimasiya Şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır olaraq qalır.
Xatırladaq ki, hadisə mart ayının 3-də “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında baş verib. Belə ki, 3 saylı Zəngilan məktəbinin dördüncü sinif şagirdi öz yoldaşları ilə oynayarkən sahibsiz itlərin hücumuna məruz qalıb.
Əzizə İsmayılova