“Sahil” və “İçərişəhər” metro stansiyalarında qatarların hərəkəti bərpa edilib.
Bunu Oxu.Az-a açıqlamasında “Bakı metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
“17:02-də baş vermiş problemlə bağlı gərginlik çıxarılıb, yəni qatarların hərəkəti dayandırılıb. 1 saat 20 dəqiqədən sonra isə hərəkət tam bərpa olunub”, -deyə N.Paşayev vurğulayıb.
18:07
Metropolitenin “Sahil” və “İçərişəhər” stansiyaları bağlanıb.
Bunu Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, stansiyaların bağlanmasına səbəb “Həzi Aslanov” - “İçərişəhər” xəttində yerləşən “Sahil” stansiyasının tunelində axma suların artımıdır.
““28 May” – “İçərişəhər” xətti istiqamətində qatarların hərəkəti dayandırılıb. “Həzi Aslanov”dan gələn qatarlar “Nizami” stansiyasında dalandan geri qaytarılır. Təhlükə yaşanmaması üçün təmas reyslərindən gərginlik ayrılıb. Stansiyalarda sərnişinlər qalmayıb”.
E.Ə.
www.oxu.az