"Sahilboyu ərazi ilə bağlı əsasnamə hazırlanacaq".
Oxu.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər barədə brifinqdə deyib.
Onun sözlərinə görə, sahilboyu ərazidə tikilinin hüquqi statusuna uyğun yanaşma olmalıdır:
"Müvafiq normativ-hüquqi aktların təsdiqini gözləməliyik. Həmin ərazi bu günə qədər vahid yox, ayrı-ayrı ərazilər olub. Sahilboyu ərazi ilə bağlı əsasnamə təsdiqlənəcək, qanunvericiliyə müvafiq dəyişikliklər ediləcək. Bununla oradakı rejim müəyyən olunacaq".