Çinə səfər edən ABŞ və Rusiya liderlərinə qarşı bu ölkədə fərqli münasibət nümayiş etdirilib.
Oxu.Az xəbər verir ki, Çin sədri Si Cinpin Donald Trampı şəxsən "Air Force One" təyyarəsinin trapı qarşısında qarşılayıb. ABŞ liderinin qarşılanma mərasimində dövlət himni də səsləndirilib.
Si Cinpinin bütün sədrliyi dövründə Donald Tramp onun hava limanında qarşıladığı ilk lider olub.
Vladimir Putinlə isə vəziyyət bir qədər fərqli olub. Rusiya liderini hava limanında Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Tsay Tsi qarşılayıb. Vladimir Putin ötən gün, Donald Tramp isə bu gün Çinə səfər edib.
Qeyd olunur ki, Si Cinpinin məhz bu səbəblə Vladimir Putini də hava limanında qarşılamaq üçün fiziki imkanı olub, lakin Çin sədri bu addımı atmayıb.