Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Şahin Bağırov rəisləri işdən azad etdi
Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisi və Balakən Gömrük İdarəsinin rəisi Elçin Rüstəmov vəzifəsindən azad edilib.
Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, gömrük polkovniki Həmid Elxan oğlu Şirinov vəzifəsindən azad edilərək, Baş Gömrük Mühafizə Xidmətinin rəis müavini təyin olunub.
Elçin Rüstəmov isə Dövlət Gömrük Komitəsinin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinə rəisi təyin olunub.
Qeyd edək ki, Həmid Şirinov ötən ilin aprel ayında Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdi. O, 2018-ci ilin oktyabr ayından Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin Kadrlarla işin təşkili şöbəsinin, 2023-cü il tarixindən isə qeyd edilən idarənin Kadrlarla işin təşkili və uçotu şöbəsinin rəisi vəzifəsində də xidmət edib.
Elçin Ədalət oğlu Rüstəmov isə 2023-cü ilin iyul ayında Balakən Gömrük İdarəsinin rəisi təyin edilmişdi.
Bundan əvvəl Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisi gömrük polkovniki Həmid Elxan oğlu Şirinov vəzifəsindən azad edilərək, Baş Gömrük Mühafizə Xidmətinin rəis müavini təyin olunub.
"İşdən azad olunma" teqi üzrə xəbərlər
- ABŞ-də işdən çıxarma dalğası davam edir
- 40 mindən çox məmur Trampın təklifi ilə RAZILAŞDI: İşdən çıxırlar
- Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri vəzifəsindən azad edildi
- Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı
- Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib