Sabah paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
"Təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar mayın 25-də saat 09:00-dan işlər yekunlaşanadək Nərimanov, Nəsimi, Səbail və Yasamal rayonlarının (Y.V. Çəmənzəminli, Ə.Rəcəbli, S.Rüstəm, R.Rza, Tolstoy, Mərdanov qardaşları, B.Səfəroğlu, D.Əliyeva, İ.Səfərli, Ə.Topçubaşov, 8-ci Köndələn və O.Fərzəliyev küçələri və Bülbül prospektinin bir hissəsi) qaz təchizatında qısamüddətli fasilə yaranacaq", - məlumatda qeyd olunub.
Mayın 25-də İmişli və Saatlı rayonlarının, Sabirabad şəhərinin və rayonun bir sıra kəndlərinin qaz təminatında müvəqqəti fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Qeyd olunub ki, fasilə saat 09:00-dan işlər yekunlaşanadək davam edəcək.