Sabah Masallının üç yaşayış məntəqəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.
"Report"un məlumatına görə, Masallı rayonunda yerləşən "Alvadı" QPS-dən qidalanan qaz xəttlərinin kipliyinin yoxlanılması məqsədilə Binə Xocavar, Çaxırlı və Şərəfə kəndləri daxil olmaqla, ümumilikdə 2 100 abonentin qaz təchizatının 10 sentyabr saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Bundan əlavə, 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına əsasən, Astara rayonunun Ərçivan qəsəbəsində ŞQTM-500 markalı tənzimləyicinin və siyirtmənin quraşdırılması ilə əlaqədar olaraq, qəsəbədə ümumilikdə 320 abonentin qaz təchizatının 9 sentyabr saat 14:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Rəylər