Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ərdoğandan Narin açıqlaması: "Ən ağır cəzanı alacaqlar"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkirin Bağlar rayonunda bu səhər cəsədi tapılan Narin adlı qızla bağlı açıqlama verib.
Oxu.Az xəbər verir ki, bu barədə Ərdoğan özünün "X" hesabında paylaşım edib.
"Vəhşicəsinə qətlə yetirilən Narinin acı xəbəri hamımızı dərindən yaraladı. Kədərimizin həddi-hüdudu yoxdur", - o yazıb.
Ölkə başçısı qeyd edib ki, Narinin itkin düşməsi barədə məlumat alınandan sonra təhlükəsizlik qüvvələri onu sağ tapmaq üçün çox ciddi səylər göstəriblər:
"19 gün davam edən axtarışlar nəticəsində təəssüf ki, ürəklərimizə su səpən bir xəbər ala bilmədik".
Ərdoğan Narinin qatillərinin ədalət qarşısında mütləq cavab verəcəyini də vurğulayıb:
"Narin övladımızı bizdən qoparanların layiq olduqları ən ağır cəzanı almaları üçün məhkəmə prosesinin şəxsən izləyicisi olacağımı bildirmək istəyirəm".
Diyarbakır’ın Bağlar ilçesinde bu sabah na’şına ulaşılan Narin kızımıza Allah’tan rahmet niyaz ediyorum.
— Recep Tayyip Erdoğan (@RTErdogan) September 8, 2024
Canice, vahşice katledilen Narin’in acı haberi hepimizi derinden yaraladı; üzüntümüzün tarifi yok.
Narin kızımızın kayıp ihbarının alınmasından itibaren güvenlik güçlerimiz…
Qeyd edək ki, Narin Güran avqustun 21-dən axtarışda idi. Onun əmisi istintaq çərçivəsində saxlanılıb və sentyabrın 2-də həbs edilib.
İlkin məlumata görə, qız zorlanıb və boğularaq öldürülüb. Hadisə bütün Türkiyəni sarsıdıb. Ölkə prezidenti və xalq qatillərin ən sərt şəkildə cəzalandırılmasını tələb edir.
"Narin Güran" teqi üzrə xəbərlər
- Narin Güranın qətlinin bütün sirrini açacaq dəlil ortaya çıxdı: Qanlı əlcək kimə aiddir?
- Narinin məhkəmə prosesinin gedişatını dəyişə biləcək "dişləmə izi" sirri! Mütəxəssisdən açıqlama
- Narinin qətlinə dair yeni görüntülər: Nevzat Bahtiyar cəsədi necə gizlətdiyini anbaan göstərdi
- Amansızlıqla öldürülən səkkiz yaşlı Narinin qətlindən bir saat əvvəlki görüntüləri üzə çıxdı
- Narin Güranın qətlində yeni təfərrüat üzə çıxdı: Qatillərin cəzası bəlli oldu
Rəylər