Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Salyan sakininin xəbəri olmadan adına əmək müqaviləsi açılıb - VİDEO
Salyan rayon Qarabağlı kənd sakini Qəni Orucov iddia edir ki, iki ildir onu işə götürmürlər.
Xezerxeber.az-ın xəbərinə görə, müraciət etdiyi müəssisələrdən ona bildirilib ki, adına aktiv əmək müqaviləsi mövcuddur.
Qəni Orucov iddia edir ki, onun o şirkətlərlə bağlı heç bir məlumatı olmayıb. İşə qəbul olunmaqla bağlı nə ərizə yazıb, nə də bir sənəd təqdim edib.
Onu işçi kimi şirkətlərdə fəhlə, satış meneceri, axırıncı dəfə isə şirkətdə sürücü kimi qeydiyyata salıblar.
Q.Orucovun sözlərinə görə, dəfələrlə sözügedən şirkətləri hüquq-mühafizə orqanlarına şikayət edib, ancaq həmin şirkətlərdən ona hədə-qorxu gəlinir.
Məsələ ilə əlaqədar Q.Orucovun “Xəzər Xəbər”ə əlaqə nömrəsini təqdim etdiyi İsgəndər Məmmədovla telefon əlaqəsi saxlanılıb.
İ.Məmmədov bildirib ki, sözügedən şirkəti o, 2022-ci ildə başqa bir şəxsə satıb.
Müqaviləsi olan daha üç şirkətin nömrəsi ilə əlaqə saxlanılsa da telefon zənglərinə cavab verilməyib.
Daha ətraflı videomaterialda:

"Qarabağ" teqi üzrə xəbərlər
- Ağdərə rayonunun Həsənriz kəndindən FOTOREPORTAJ
- Güllə səsi ilə susdurulan son toyun 30 il sonra cuşa gələn çal-çağırı
- Erməni general: "Daşnak" taborunda Qarabağdan olanlarla yanaşı, Ermənistan vətəndaşları da var idi"
- Qukasyan: "1992-ci ildə Qarabağ ərazisində 30 mindən az erməniəsilli sakin yaşayırdı"
- Şuşa əməliyyatı ilə bağlı film: Çəkilişlər harada və nə zaman başlayır? - ÖZƏL