Salyan rayonunda yol qəzasında ölən şəxsin kimliyi bilinib.
Oxu.Az-ın məlumatına görə, baş verən qəzada ölən şəxs 1963-cü il təvəllüdlü Dadaşov Hüseyn Əlihüseyn oğludur.
Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunan Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sərnişini xilas edib.
İlhamə Əbülfət
10:36
Salyanda bir nəfərin ölümü ilə nəticələnən qəza baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Ələt-Astara magistral avtomobil yolunun 72-ci kilometrliyində “Mercedes-Benz” markalı mikroavtobus “KamAZ” markalı yük avtomobilinə çırpılıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan bir nəfər sərnişini deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
APA xəbər verir ki, hadisə nəticəsində beş nəfər xəsarət alıb. Onlardan ikisi kişi, üçü qadındır.
Hadisə yerindən görüntüləri təqdim edirik: