Salyan rayonunda ümumi sahəsi 120 kvadrat metr olan birmərtəbəli iki otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın söndürülüb.