Axşam saatlarında Salyan şəhərinin mərkəzində fəaliyyət göstərən "Kür" hotelində baş vermiş yanğın FHN-nin Salyan rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Oxu.Az Report-a istinadən xəbər veri ki, hadisənin səbəbləri araşdırılır.
18:29
Salyan rayonunda yanğın olub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, axşam saatlarında Salyan şəhərinin mərkəzində fəaliyyət göstərən “Kür” hoteli yanmağa başlayıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.
Faktla bağlı araşdırma aparılır.
A.M.