Salyanda iki minik avtomobili toqquşması nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
APA-nın məlumatına görə, hadisə Ələt-Astara magistralının 38-ci km-də qeydə alınıb.
“Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən Ağstafa sakini, 1987-ci il təvəllüdlü Ayaz Camal oğlu Qasımov ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, sürücünün oğlu 2014-cü il təvəllüdlü Süleyman Qasımov Ayaz oğlu hadisə yerində ölüb. Qəzada Ayaz Qasımovun azyaşlı qızı da xəsarət alıb.
Ayaz Qasımovun vəziyyəti ağır olduğu üçün Bakıya xəstəxanalardan birinə yola salınıb.
Qeyd edək ki, qəzada həyatının itirən azyaşlı şairə Cığatelin nəvəsidir.
13:43
Salyan rayonunda 1 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Hundai” markalı avtomobil minik maşını ilə toqquşub. Qəza nəticəsində hələlik şəxsiyyəti məlum olmayan bir nəfər ölüb.
2018-ci il təvəllüdlü Ağakərim Təbriz oğlu Həsənli, 2014-cü il təvəllüdlü İsmayıl Təbriz oğlu Həsənli, 1960-cı il təvəllüdlü Nəzakət Xeyrulla qızı Həsənova, 2012-ci il təvəllüdlü Cığatel Ayaz qızı Qasımova, 2022-ci il təvəllüdlü Zəhra Təbriz qızı Həsənli, 1996-cı il təvəllüdlü Fatma Ceyhun qızı Həsənova müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.