Salyan rayonunun Noxudlu kəndi ərazisində - Ələt-Astara magistralı ilə Şirvan-Salyan yolunun kəsişməsində “Ford” markalı mikroavtobusla “Mersedes” markalı minik maşını toqquşub.
Oxu.Az-ın Aran bürosunun xəbərinə görə, nəticədə, yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Üç nəfərə yerində yardım göstərilib, dörd nəfər isə Salyan rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.