Bu gün Azərbaycan Premyer Liqasının XXII turunda “Şamaxı” klubu “Neftçi” ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, Şamaxı şəhərindəki qarşılaşmadan öncə avtomobil qəzası baş verib.
Belə ki, görüşü izləməyə gedən “Neftçi” azarkeşləri qəza törədiblər. Hadisə nəticəsində avtomobillər yararsız vəziyyətə düşsə də, xəsarət alan olmayıb. Şəhər polisi əraziyə gələrək müvafiq tədbirlər görüb.
Qeyd edək ki, saat 14:00-da start götürən qarşılaşma Bakıdan gələn qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Hadisənin görüntülərini təqdim edirik:
View this post on Instagram"Neftçi PFK" teqi üzrə xəbərlər
- "Neftçi"nin keçmiş futbolçusu məşqçiliyə başladı
- Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"
- "Sabah" doğma meydanda xal itirdi - Video
- "Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
- Azərbaycanın U-21 millisinin heyəti açıqlandı - Nəriman Axundzadə milliyə çağırılmadı
Digər xəbərlər