NASA-nın məlumatlarına görə, Yer Kürəsinə diametri 2,7 kilometr təşkil edən 1998 QE2 nörməli nəhəng asteroid yaxınlaşır. O, iyunun 1-nə keçən gecə Yerdən təxminən 5,8 milyon km məsafədən ötüb keçəcək.
Day.Az məsələ ilə bağlı şərh üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) yanında N.Tusi adına Şamaxı astrofizika rəsədxanasınnı elmi iş üzrə direktor müavini Xıdır Mikayılova müraciət edib və alim bunları deyib:
“Yerə yaxınlaşan 1998 QE2 nörməli asteroidin planetin əhalisi üçün heç bir təhlükəsi yoxdur. Asteroid mayın 31-dən iyunun 1-nə keçən gecə Yerdən 5,8 mln. km məsafədən keçəcək. Asteroidi radioteleskoplarla müşahidə edəcəklər. Əsasən müşahidələr Amerika materiki ərazisindən aparılacaq. Xüsusi teleskoplarla asteroidi görmək mümkün deyil, çünki o, yüksək sürətlə hərəkət edir. Mənim hesablamalarıma görə, 1998 QE2 saniyədə 1000 m, 1 dəqiqədə təxminən 60 km, sutkada 90 min km-dən çox məsafə qət edir. Yer sakinləri onu görə bilməyəcəklər”.
www.day.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin