Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində qeydə alınıb.
Rayon sakini A.Bəkirova idarə etdiyi KIA markalı avtomobillə 56 yaşlı piyada Elmira Əliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12