Şamaxı rayon Elektrik Şəbəkəsinin əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 16:00 radələrində baş verib.
Məlikçobanı kənd sakini, 40 yaşlı Eyvazov Eltun Əliqulu oğlu elektrik naqillərində baş verən nasazlığı aradan qaldırarkən cərəyan vurub və o hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.