Dünyanın ən məşhur futbolçularının belə, dövlət başçısı olması müşkül məsələdir. Çünki dövləti ayaqla idarə etmək olmaz. Amma prezidentlərin futbolçu olması o qədər də çətin iş deyil. Meydançada onlar populyarlıq qazana bilməsələr də, hər halda topun arxasınca qaçmağı bacaracaqlar. Bunu sübut etmək üçün siyasi liderlər arabir öz məharətlərini göstərməyə vaxt tapırlar.
Oxu.Az modern.az saytına istinadən yaşıl meydanda top qovmağa həvəs göstərən prezidentləri təqdim edir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan siyasətdə olduğu kimi, futbol meydançasında da mükəmməldir

Amerika Birləşmiş Ştatlarının 44-cü prezidenti Barak Obama oyunda məğlub olmamaq üçün uşaqlardan ibarət komanda ilə mübarizə aparmağı qərara alıb

Rusiya Federasiyasının prezidenti Vladimir Putin hətta xarici səfərlərdə belə, idman bacarığını göstərməkdən zövq alır. Rusiya prezidenti siyasətçi olmasaydı, bəlkə də məşhur futbolçu ola bilərdi

Fransa prezidentini tanımayanlar Fransua Ollandın meydançadakı bu gərgin fəaliyyətini seyr etsəydilər, yəqin düşünərdilər ki, bu yaşlı futbolçu final oyununun sonuncu dəqiqələrində Fransa millisini qalib etmək niyyətindədir

Yəqin ki, Braziliya prezidenti Dilma Roussef dünya çempionatından sonra Braziliya millisinə dərs keçmək fikrinə düşüb

Futbola olan həvəsilə tanınan Boliviya prezidenti Evo Morales “Qadınlara qarşı şiddətə son qoymaq üçün birləşin” kampaniyası çərçivəsində Nyu-Yorkda qadınlarla futbol oynayıb. Ancaq prezident bu “şiddətə son qoymaq” əvəzinə xanım futbolçuların qapısına bir qol vurub

Çeçenstanın dövlət başçısı Ramzan Kadırov peşəkar futbolçulardan heç də geri qalmır
![]()
Belarus prezidenti Aleksandr Lukaşenko xokkey həvəskarı olsa da arabir futbol meydançasına da çıxır

Çin Xalq Respublikasının sədri Si Cinpin topa zərbə vurmaq ehtirasını öldürmək üçün paltosunu belə, çıxarmağa macal tapmayıb

Almaniya kansleri Angela Merkel isə top dalınca qaçan kişilərə azarkeşlik edir
