Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şamaxıda minik avtomobili yük maşını ilə toqquşdu: Ölənlər var
Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax rayonunun Şamaxı rayonunun Meysəri kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili ilə DAF markalı yük avtomobili toqquşub. Nəticədə "Mercedes"in sürücüsü, 1980-ci il təvəllüdlü Tərlan Ağayev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.