Ötən gün Şamaxıda yağan güclü yağışın rayonda yaratdığı fəsadlar aradan qaldırılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib.
Qeyd edilib ki, qısa vaxt ərzində yağan yağış rayon ərazisinə ciddi ziyan vurmayıb:
“Dünən qısa müddət ərzində, təxminən 15 dəqiqə yağış yağdı. Heç bir infrastruktura ziyan dəyməyib. Hər şey öz qaydasında, axarında gedir.
Yağış yağanda müxtəlif ərazilərdə xırda problemlər olur. Fərqli ərazilərdən tullantılar gəlib, asfalta çıxır. Bir neçə küçədə qısa problem var idi. Dərhal aradan qaldırıldı”.
03:00
Şamaxıda sel və leysan fəsadlar törədib.
Şəhərin mərkəzi və Seyid Əzim Şirvani küçəsində sel suları yolları bərbad vəziyyətə salıb.
Sakinlər yolda gediş-gəlişin çətinləşdiyini bildiriblər:
“Maşınla hərəkət etmək mümkün deyil”.
Daha ətraflı Baku TV-nin süjetində: