Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Şamil Ayrım: "Qərbi azərbaycanlılar yurdlarına qaytarılana qədər bu məsələ aktual olmalıdır"
"Qərbi azərbaycanlılar öz yurdlarına geri qaytarılana qədər bu məsələ beynəlxalq aləmdə aktual olmalıdır".
Oxu.Az xəbər verir ki, bunu "Report"a Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.
Millət vəkili Qərbi azərbaycanlılara qarşı edilən haqsızlıqların Antalyada keçirilən 4-cü Diplomatik Forumunda səsləndirlməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu məsələdə rəsmi Bakının prinsipial mövqeyi mövzunu beynəlxalq aləmə qədər gətirib çıxarıb:
"Qarabağ Zəfərindən sonra məcburi köçkünlərin öz yurd-yuvalarına dönməsi prosesi başlayıb. Təbii ki, bunun ardından Qərbi azərbaycanlıların da öz vətənlərinə geri dönmələri məsələsi aktuallaşdı. Azərbaycanın bu insanların da öz yurdlarına təhlükəsiz şəkildə qayıtması ilə bağlı başlatdığı fəaliyyət təqdirəlayiqdir. Çünki onlar da ermənilərin Azərbaycan torpaqları ilə bağlı iddialarının qurbanlarıdır. Bu baxımdan Qərbi Azərbaycan İcmasının atdığı mühüm addımlar təqdir edilməlidir".
Ş.Ayrım onu da qeyd edib ki, Türkiyənin bu məsələdə də Azərbaycanın yanında olması bəşəri ədalətin təminidir: "Biz də Türkiyə olaraq bu ədalətsizliyi beynəlxalq aləmə çatdırmaq üçün bacardığımız qədər dəstək göstəririk və bu, ənənəvi olaraq bizim hər zaman haqq-ədalətin yanında olmağımızın göstəricisidir".
"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Xronika: Ermənistanın qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dili işlənəcək
- Xronika: Nadir şaha görə ərini öldürüb, qalanı təhvil verən erməni qadını
- Xronika: Axsu, Axtaxana, Axtacul, Axund Buzovand, Axura - Türk tarixinin izi
- Xronika: "Mirzə Qədim İrəvanini təbliğ etmək Qərbi Azərbaycanı yaşatmaqdır"
- Qazaxıstanda Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib