Sankt-Peterburqda “Ölümsüz Alay” (“Бессмертный полк”) aksiyası zamanı azərbaycanlılar və ermənilər arasında insident yaşanıb.
Oxu.Az-ın “İnterpress”ə istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Sankt-Peterburqdakı diaspor nümayəndələri məlumat verib.
“Canal Griboedova” metro stansiyasına yaxın və “Palace Meydanında” ermənilər və Azərbaycan gənc fəalları arasında diaspor münaqişəsi yaşanıb.
İnsidentə səbəb ermənilərin qondarma Dağlıq Qarabağ Respublikası bayrağını qaldırması, “Artsax” (erməni dilində Qarabağ) səsləməsi və Qarabağ şüarları adı altında hərəkət etmələri olub.
Həmyerlilərimiz tərəfindən edilən şifahi xəbərdarlığa məhəl qoymayan təxribatçı ermənilər soydaşlarımıza hücum ediblər. Sayca çox olan ermənilər soydaşlarımıza ciddi xəsarətlər yetiriblər.
“Sankt-Peterburq Azərbaycan milli-mədəni muxtariyyət” sədri Vaqif Məmişov və hüquq-mühafizə orqanları dərhal münaqişəyə müdaxilə ediblər. Polis və xüsusi qüvvələr dəstəsi ermənilərin qarşısına bayrağı endirmək kimi tələb qoyublar.
Qeyd edək ki, tədbirdə şəhər ictimai təşkilat, Azərbaycanlı Gənclər Birliyi, “Sankt-Peterburq Azərbaycan milli-mədəni muxtariyyət” nümayəndələri iştirak ediblər.
Aksiya iştirakçıları müharibədə həlak olan qohumlarının fotoları ilə onların xatirəsini yad edirdilər.
N.О.