“Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalın ilə əlaqədar, paytaxtın bəzi küçə və prospektlərində sarı rəngli “olimpiya zolaqları” kimi tanınan avtomobil zolaqları üzrə məhdudiyyət aradan qaldırılıb.
Bu barədə Oxu.Az-a Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, paytaxtın bəzi küçə və prospektlərində sarı zolaqlar üzrə bütün nəqliyyat vasitələri üçün olan məhdudiyyət aradan qaldırılıb:
“Olimpiya Festivalı ilə əlaqədar tətbiq edilən məhdudiyyət iyulun 27-si gecə saat 24:00-dan etibarən aradan qaldırılıb. Artıq bütün növ nəqliyyat vasitələri bu zolaqlar üzrə sərbəst və fasiləsiz hərəkət edə bilər. Təbii ki, ara məsafəni, sürət həddini gözləmək şərtilə”.
Könül Cəfərli
Rəylər