Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Saxta COVID-19 pasportu satan tibb işçiləri SAXLANILDI - VİDEO
Göyçay Rayon Polis Şöbəsinə pul müqabilində bəzi vətəndaşlara vaksin olunmadan saxta COVID-19 pasportlarının verilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, qanunsuz fəaliyyətlə məşğul olmaqda şübhəli bilinən Göyçay Rayon Mərkəzi Xəstəxanasının işçiləri, şəhər sakini H.Eyvazova, İ.Məmmədova və L.Vəliyeva saxlanılıblar.
Belə ki, onlar qabaqcadan əlbir olaraq müraciət edən bəzi vətəndaşlara əlli, yüz manat qarşılığında vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır, adı çəkilən tibb işçilərinin ümumilikdə neçə nəfərə saxta COVID-19 pasportu satmaları ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"COVID-19" teqi üzrə xəbərlər
- COVID-19-un daha bir qorxunc fəsadı üzə çıxdı
- Paşinyan Rusiyaya getmir - bəhanəsi var
- Zəiflik, əzələ və baş ağrıları: "Yüngül COVID"i soyuqdəymədən ayırmağın yolları açıqlandı
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
Rəylər