Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Səbail sakinləri parkda tikilən restorana etiraz edirlər, qurum isə bildirir ki, ELƏ FAKT YOXDUR
Bakının Səbail rayonunda parkın içərisində tikilən restoran sakinlərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.
Qeyd olunub ki, balaca bir parkda artıq dördüncü restoran tikilir.
"Bir ara saytlar yazdı, guya sökdülər. Sonra yenə tikdilər. Sonra da deyirlər ki, ətraf mühit korlanır", - deyə paylaşımda qeyd olunub.
Məsələ ilə bağlı parka nəzarəti həyata keçirən Bakı Abadlıq Xidmətinin (BAX) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Lalə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, "Bayıl bağı" kimi tanınan Qafur Məmmədov adına parkda yaşıllığa ümumi qulluq, təmizlik işləri "Bakı Abadlıq Xidməti" MMC-nin nəzarətindədir.
"Fotoda əks olunmuş tikilinin isə xidmətə heç bir aidiyyəti yoxdur. Qeyd edək ki, parklara xidməti həyata keçirən BAX-ın səlahiyyətləri hər hansı tikili ilə bağlı müvafiq dövlət qurumlarını məlumatlandırmaqdan kənara çıxmır".
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Bayıl parkını ərazisinə baxış keçirilib, hər hansı yeni tikinti faktı aşkar edilməyib.
"16 yanvar 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Səbail rayonu, Mirzə Mustafayev və Aydın Nəsirov küçələrinin kəsişməsində yerləşən "Bayıl bağı"nın ərazisinə baxış keçirilib, hər hansı yeni tikinti faktı aşkar edilməyib.
"Məlumat üçün bildiririk ki, sözügedən ünvanda yerləşən obyekt xüsusi mülkiyyətə aid olan köhnə tikilidir və hazırda orada təmir-bərpa işləri aparılır. Odur ki, sosial şəbəkələrdə yayılan məlumatlar və şəkillər həqiqəti əks etdirmir", - deyə açıqlamada vurğulanıb.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Ramana qəsəbəsində çirkab suları həyatı iflic edib - ŞİKAYƏT
- Sərnişindən ŞİKAYƏT: "Avtobusa uşaq arabası ilə minməyə icazə yoxdur"
- Həkim uşağa qadağan olunmuş 275 manatlıq dərman verib? - Araşdırma başladı
- Badamdarda su xəttində qəza: Vəziyyət NƏ YERDƏDİR?
- İki marşrut xəttinin sərnişinlərinin narazılığına RƏSMİ CAVAB
Rəylər