3 gündür ki, qızdan xəbər yoxdur.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini, Badamdar yolu, ev 13-də yaşayan 1996-cı il təvəllüdlü Naciyə Elnur qızı Məmmədova yanvarın 27-də evdən çıxıb və bir daha geri qayıtmayıb.
Hazırda polis 18 yaşlı qızın tapılması istiqamətində iş aparır.