Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə müdafiə naziri postundan uzaqlaşdırılan Səfər Əbiyev dünən oğluna toy edib.
Oxu.Az xəbər verir ki, yerli KİV-yadığı məlumata görə, noyabrın 3-də “Buta Palace”də eks-nazir Səfər Əbiyevin kiçik oğlu Ramin Əbiyevin toy mərasimi keçirilib.
Ramin Əbiyev Nərminə adlı xanımla ailə qurub.
Mərasim mediaya qapalı olub və jurnalistlər oraya buraxılmayıblar.
Lakin Axşam.az-ın əldə etdiyi məlumata görə, türkiyəli müğənni Rafet El Roman sabiq müdafiə naziri Səfər Əbiyevin oğlunun toyunda iştirak edib.
Qeyd edək ki, Ramin və Nərminə cütlüyünün xoş günündə zalı türkiyəli dizayner Tuba Yavuzer bəzəyib.