Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Səfər Mehdiyev özünə şirkət qurdu - Sabiq rəis direktor oldu
Ötən ilin may ayında işdən çıxarılan Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi, gömrük polkovniki Fuad Əlizadə şirkət rəhbəri təyin edilib.
“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, polkovnik işdən çıxdıqdan bir ay sonra “APF Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi və direktoru olub.
Nizamnamə kapitalı 50 manat olan şirkətlər qrupunun fəaliyyət sferası hazırda dörd əsas istiqaməti əhatə edir: inşaat, kənd təsərrüfatı, hotelçilik və qida sektoru.
Şirkətin baş ofisi isə Naxçıvan şəhərində yerləşir.
Bildirilib ki, “APF Group” MMC Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevindir. Artıq şirkət bir sıra dövlət qurumları ilə əməkdaşlıq müqavilələri də bağlayıb.
Qeyd edək ki, Fuad Əlizadə həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi olub.
"Əmək Müfəttişliyi" teqi üzrə xəbərlər
- "DOST Müfəttiş" layihəsi ABŞ-də keçirilən müsabiqədə mükafata layiq görülüb
- Dövlət Xidməti minimum əməkhaqqının artımı ilə bağlı işəgötürənlərə müraciət edib
- Soyuq və küləkli havada hansı hallarda İŞİN DAYANDIRILMASI qərarı verilə bilər?
- Bakıda iri ticarət mərkəzi CƏRİMƏLƏNDİ
- Xocalıda əmək hüquqlarını pozan hüquqi şəxs 20 min manat cərimələnib
Rəylər