Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Şəfiqə Məmmədova birləşmiş kino ittifaqının sədri postuna namizəddir - YENİLƏNİB
Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından birləşmiş kino ittifaqının sədri postuna namizəddir.
Bu barədə APA-nın sorğusuna cavab olaraq ARKİ-dən məlumat verilib.
“Konfransda sədrlik postuna digər namizədlərin olması istisna deyil”, - sorğuya cavabda deyilir.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı 5 mart tarixində keçiriləcək. O hazırda ARKİ-nin sədridir. AKİ-nin namizədi isə hazırda İttifaqın sədri olan Xalq artisti Rasim Balayevdir.
14:20
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransının vaxtı məlum olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi rejissor Əlisa Cabbarov APA-nın sorğusuna cavab olaraq bildirib ki, konfrans martın 5-də keçiriləcək.
“Konfransın gündəliyində duran məsələlərə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi və eləcə də ona sədr və idarə heyətinin seçilməsi daxildir”, - deyə katib qeyd edib.
Onun sözlərinə görə, hələlik sədr postuna elan edilən tək namizəd Xalq artisti Rasim Balayevdir:
“Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının namizədidir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı da, sözsüz, öz namizədini elə konfransda da elan edə bilər”.
Rəylər