"Çinlə Azərbaycan arasında münasibətlər bütün sahələrdə inkişaf edir".
Oxu.Az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey Bakıda ilk dəfə olaraq Çin və Azərbaycan turizm sənayesi nümayəndələrini bir araya gətirən Çin Ziyarətçiləri Sammitində (China Visitors Summit) çıxışında deyib.
Onun sözlərinə görə, 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından etibarən Çin-Azərbaycan münasibətləri daim dinamik və sabit xətt üzrə inkişaf edib.
Çin və Azərbaycan arasında dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlər son illərdə daha da möhkəmlənib və turizm bu əlaqələrin mühüm sahələrindən birinə çevrilib.
O qeyd edib ki, bugünkü tədbir dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmaların praktik icrasına yönəlmiş vacib təşəbbüsdür. Səfir vurğulayıb ki, bu kimi tədbirlər Çin və Azərbaycan turizm sənayeləri arasında körpü rolunu oynayaraq yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır.
Aqil Vəlili