"5 il ərzində ümumilikdə "STEAM Azərbaycan" festivalında 25 mindən çox iştirakçı qeydiyyatdan keçib. Onlardan 5 mini əcnəbi vətəndaşlar olub".
Oxu.Az xəbər verir ki, bu fikirləri "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov deyib.
O bildirib ki, 2021-ci ildən bu günə qədər 21 ölkə festivalda təmsil olunub:
"Bugünkü festivalda Azərbaycan da daxil olmaqla 22 ölkə təmsil olunur".
Məhərrəm Əliyev