"STEAM Azərbaycan" festivalının ilk ili ilə müqayisədə 50 dəfədən çox məktəbli STEAM metodologiyası ilə tədrisə cəlb olunub. Hazırda ölkənin 21 bölgəsində STEAM mərkəzləri fəaliyyət göstərir və layihə beynəlxalq miqyasda da təqdim olunur".
Oxu.Az xəbər verir ki, bu fikirləri "STEAM Azərbaycan" festivalının açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, STEAM təhsili ilk baxışda əyləncəli və oyun kimi görünsə də, əslində ciddi elmi əsaslara söykənir:
"Burada riyaziyyat, mühəndislik, incəsənət və digər fənlər birləşdirilərək layihəəsaslı öyrənməyə yönəlir. Əsas məqsəd uşaqları yalnız biliklə deyil, bacarıq və layihə düşüncəsi ilə yetişdirməkdir.
Artıq bu təşəbbüs sadəcə böyük şəhərlərdəki bir neçə məktəbdə deyil, ölkə üzrə 300 mindən artıq şagirdi əhatə edən geniş bir hərəkat halını alıb. Məktəblərin 5-dən biri, 3-9-cu siniflər üzrə isə 4-dən biri bu sistemə daxil edilib. Yeni tikilən və təmir olunan məktəblərdə də STEAM təhsili əsas komponent kimi nəzərdə tutulur.
İnanıram ki, 2027-2030-cu illər strategiyasında STEAM artıq layihə deyil, Azərbaycan təhsilinin özəyi olacaq".
Məhərrəm Əliyev