"Sevindirici haldır ki, növbəti tədris ilindən etibarən işğaldan azad olunmuş ərazilərdə - Qarabağ Universitetində də STEAM tədrisi ayrıca ixtisas və metodologiya kimi başlayacaq".
Oxu.Az xəbər verir ki, bu fikirləri "STEAM Azərbaycan" festivalının açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, layihənin böyük bir hissəsi Ağdam və ətraf bölgələrdə reallaşacaq:
"Bu da regionda təhsilin inkişafına ciddi töhfə verəcək".
Məhərrəm Əliyev