“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik təklif olunur.
Bu barədə Oxu.Az Milli Məclisdən məlumat əldə edib.
Layihəyə görə, şəhidlər, onların ailə üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və müharibə veteranları barədə vahid informasiya bazasının yaradılması nəzərdə tutulur.
Reyestrin hazırlanmasında əsas məqsəd şəhidlər, şəhid ailə üzvləri barədə vahid informasiya bazasının yaradılması, müvafiq məlumatların toplanılması, saxlanılması və axtarışının avtomatlaşdırılmasının təmin edilməsidir.
Layihə Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.
Aqşin Kərimov