Bərdədə şəhid ailələri və müharibə iştirakçılarına medallar təqdim edilib.
Bərdə rayonunda Azərbaycan Prezidentinin sərəncamlarına əsasən müxtəlif medallarla təltif olunmuş şəhid ailələri və müharibə iştirakçılarına medalların təqdimetmə mərasimi keçirilib.
Mərasimdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatları Zahid Oruc, Fatma Yıldırım, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.
Tədbirdə çıxış edənlər bildiriblər ki, müzəffər ordumuz 44 günlük Vətən Müharibəsində böyük qəhrəmanlıq göstərərək, mənfur düşməni ağır məğlubiyyətə uğradıb və ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı zəfər xalq-iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti nəticəsində qazanılıb. 44 günlük Vətən müharibəsində Bərdədən 1500 nəfər gənc iştirak edib. Onlardan 60 nəfəri şəhid olub, 300 nəfəri isə sağlamlığını itirərək qazi adını alıb.
Sonra Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinə və iştirakçılarına medallar təqdim olunub.
Bərdədə şəhid ailələri və müharibə iştirakçılarına medallar təqdim edilib.Bərdə rayonunda Azərbaycan Prezidentinin sərəncamlarına əsasən müxtəlif medallarla təl...
Rəylər