Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Şəhid anası: "Dağ boyda yükümüzün dağ boyda fəxri var"
"Bəzən şəhid analarına yaxınlaşanlar düşünürlər ki, ağrı-acımız var. Amma bizim ağrı-acınız qədər necə deyərlər dağ boyda yükümüzün dağ boyda fəxri var".
Bu sözləri Oxu.Az-a açıqlamasında şəhid Həmid Həmidlinin anası Könül Vəliyeva deyib.
O, torpaqların işğaldan azad olunmasına görə qürur hissi keçirdiyini bildirib:
"Mənim oğlum Həmid Həmidli Qafqazın ən gənc tabor komandiri idi. Torpaqlarımızın düşmən tapdağından azad olunması yolunda şəhid olub. Bu gün mən digər şəhid anaları kimi qürurluyam. Vaxtilə möhtərəm Prezidentimizin televiziyada - "Füzuli rayonu yağı düşmənlərdən azad olundu", - mesajını verməsi çox qürurverici hiss idi. Bəzən şəhid analarına yaxınlaşanda düşünürlər ki, ağrı-acımız var. Amma ağrı-acımız qədər, necə deyərlər, dağ boyda yükümüzün dağ boyda fəxri var. Bu münasibətlə Ordumuzla, möhtərəm Prezidentimizlə, düşməni məhv etmək yolunda, torpaqlarımızı azad etmək üçün canlarından, qanlarından keçən şəhidlərimizlə fəxr edirik. Biz bu gün azad ölkənin vətəndaşları olmaqdan qürur duyuruq".
O qeyd edib ki, şəhidlərimiz nəinki Azərbaycanda, hətta xarici ölkədə yaşayan azərbaycanlılara fəxr hissi yaşatdı:
"Xaricdəki vətəndaşlarımız deyirlər ki, əvvəllər biz ermənilərin yanından keçəndə kədər hissi keçirirdik. Bizim şəhidlərimiz dünyada yaşayan azərbaycanlılara fəxr, qürur hissi yaşatdılar".
Aygün Mirakif
"44 günlük Vətən müharibəsi" teqi üzrə xəbərlər
- Erməni jurnalist: "Koçaryanı, Sarqsyanı və Ohanyanı Bakıda hakim qarşısına çıxarmaq lazımdır"
- Milli Qəhrəman Şükür Həmidovun doğum günüdür
- Əziz Ələkbərli: "Azərbaycanı ittiham etməyə, Ermənistanı sülh göyərçini kimi göstərməyə çalışırlar"
- Xankəndinin mərkəzindəki "edam otağı"ndan TÜKÜRPƏDƏN GÖRÜNTÜLƏR
- Erməni separatçıların Rusiyadakı "nümayəndəliyi"nin fəaliyyəti dayandırıldı