Baku TV İkinci Qarabağ müharibəsi və lokal antiterror tədbirlərində fəal iştirak edən şəhid Əkrəm Şadmanovun evindən reportaj hazırlayıb.
Ə.Şadmanov rütbəcə polkovnik-leytenant idi. "N" saylı hərbi hissənin qərargah rəisi olan qəhrəmanımız Vətənə 20 il xidmət edib. Döyüşlərdə qəlpə yarası almasına baxmayaraq, müalicəsini yarımçıq saxlayıb antiterror tədbirlərində iştirak etmək üçün döyüş meydanına yollanıb. Sentyabrın 24-də ordumuza məxsus "KamAZ" markalı yük maşınının minaya düşməsi nəticəsində şəhid olub.
Şəhidin həyat yoldaşı Gülşən Rəhimova onunla sonuncu söhbətlərini xatırlayıb:
"Sentyabrın 24-də səhər tezdən videozəng etdi. Uşaqlarım cavab verdilər. Dedilər ki, bizə söz vermisən, evə qayıdacaqsan. Söylədi ki, mütləq gələcəyəm. Hazırlıq gördük, süfrə açdıq. Sonra qonşular qapını döyüb sual verməyə başladılar, çoxlu zənglər gəldi".
G.Rəhimova söyləyib ki, həyat yoldaşının şəhid olmasını internetdən öyrənib:
"Qızıma atasının adını internetdə axtarışa verməsini istədim. Telefonu mənə çevirib dedi ki, ana, inşallah, yalan olar, amma atamın şəhid olduğunu yazıblar. Uşaqlarımı Əkrəmlə vidalaşmaq üçün gətirəndə oğlum tabuta yaxınlaşmırdı. Dedim ki, Araz, bəlkə qorxursan, əlini atanın tabutunun üstünə qoyub nə istəyirsən, de".
Daha ətraflı Baku TV-nin süjetində:
Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun həyat yoldaşı danışdı
Rəylər