Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Şəhid qardaşı: "Valideynlərim onun dərdini çəkə-çəkə vaxtsız rəhmətə gediblər"
"Valideynlərim bu illər ərzində onun dərdini çəkə-çəkə vaxtsız rəhmətə gediblər".
Bu sözləri "Report"un Muğan bürosuna açıqlamasında mayın 22-də Biləsuvarda yerləşən Cəbrayıl qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunan, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Elbrus İsaqovun qardaşı Ramiz İsaqov deyib.
O bildirib ki, qardaşının nəşinin 30 il sonra tapılması da ailə üçün təskinlikdir:
"Valideynlərim onun dərdini çəkə-çəkə vaxtsız rəhmətə gediblər. Qardaşım Əfqanıstan müharibəsində iştirak etmişdi. Gəldi, sonra da könüllü olaraq Qarabağda döyüşməyə yollandı. 1994-cü ilin fevralında Murovdağ uğrunda gedən döyüşlərdə itkin düşdü. Qardaşımın nəşinin tapılmasında əziyyəti olan hər kəsə öz minnətdarlığımızı bildiririk".
"Cəbrayıl" teqi üzrə xəbərlər
- Cocuq Mərcanlı sakini: "Həm kəndimiz azad edildi, həm də qardaş nisgilinə son qoyuldu"
- Birinci Qarabağ müharibəsinin daha üç itkin şəhidi dəfn olunacaq
- Füzuli və Cəbrayılda daha bir qrup sakinə özünüməşğulluq proqramı üzrə avadanlıqlar verildi
- Azərbaycan və Türkiyə prezidentlərinin təməlini qoyduğu yolda SON VƏZİYYƏT
- Aprelin 20-də buraxılış imtahanında iştirak edəcək şagirdlərə MÜRACİƏT