Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Səhiyyə Nazirliyi estetik klinikanın həkimini CƏRİMƏLƏDİ
Nərimanov rayonunda fəaliyyət göstərən özəl estetik klinikaların birində həkim işləyən Elvira Rafiqqızı Səhiyyə Nazirliyi tərəfindən cərimələnib.
"Qaynarinfo"nun məlumatına görə, ona İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə cərimə yazılıb.
Bu maddə lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmaqla bağlıdır. Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 2 000 manatdan 3 000 manatadək, vəzifəli şəxslərin 5 000 manatdan 10 000 manatadək, hüquqi şəxslərin isə 20 000 manatdan 30 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Elvira Rafiqqızı nazirliyin qərarından narazı qalıb. O, qərarla bağlı məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Şikayətə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Solmaz Mustafayeva iş üzrə hakim təyin edilib.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Tibb müəssisəsinə işə qəbulun müsahibə mərhələsində hansı meyarlar üzrə suallar verilir?
- Azərbaycanda qəfil ölümlərin sayı AÇIQLANDI: Özümüzü nədən qorumalıyıq?
- İki qurumdan elektron siqaretlərlə bağlı vətəndaşlara MÜRACİƏT
- Səhiyyə Nazirliyi ilk dəfə Cəbrayılda əhali üçün tibbi müayinələr təşkil edib
- Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA
Rəylər