Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Səhiyyə Nazirliyi qəzaya düşən əməkdaşları ilə bağlı məlumat yaydı
Səhiyyə Nazirliyi Biləsuvarda tibb işçilərinin xəsarət aldığı qəza ilə bağlı məlumat açıqlayıb.
Oxu.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza zamanı 3 tibb işçisi xəsarət alıb: “Onlar Biləsuvar Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər üçü xanımdır, hazırda vəziyyətləri stabildir. Yaxın günlərdə evə buraxılacaqlar”.
Tibb işçilərinin hansı səbəbdən pambıq yığımına aparıldığına gəlincə, “nazirlikdə bu barədə məlumat yoxdur”, - deyə bildiriblər.
Qeyd edək ki, sentyabrın 19-da Biləsuvar rayon Mərkəzi Xəstəxanasının işçiləri pambıq yığımından qayıdarkən, təcili yardım maşınında qəzaya uğrayıblar.
E.Ə.
www.oxu.az
"Biləsuvar" teqi üzrə xəbərlər
- Vəzifəli şəxsin qardaşının meyiti TAPILDI
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
- Ərəblər Biləsuvarda "Qırmızı Kitab"a düşən quşları ovlayırlar? - Araşdırmalara BAŞLANILDI
- Avtomobili yoxdur, amma 800 manat cəriməsi var
- Biləsuvarda 2 qardaş qəzaya düşüb, üçüncü qardaş sürücüyə bıçaqla hücum edib