Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti vaksinasiyadan DANIŞDI
“Heç kim iki və ya üç doza vaksin vurdurub deyə koronavirusa yoluxmaqdan sığortalanmış hesab olunmur. Sadəcə vaksinasiya olunmayanlara nisbətən daha yüngül keçirəcəklər”.
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti İsrail Məhərrəmbəyli deyib.
O bildirib ki, insanlar sağlamlıqlarını qədrini bilir və vaksin vurdururlar:
“Statistika onu göstərir ki, vaksin vurduran şəxslərin virusa yoluxma riski digərlərinə nisbətən daha azdır. Eyni zamanda onlar virusa yoluxduqları zaman xəstəliyin gedişatı daha yüngül olur. Buster dozanın vurulması bu baxımdan önəmlidir. Bu səbəblə vaksin vurduran və vurdurmayan hər kəs özünü virusdan eyni dərəcəli qorumalı və zəruri gigiyenik qaydalara əməl etməlidir”.
Könül Cəfərli
"İsrail" teqi üzrə xəbərlər
- "Ənsar Allah" İsrailin mərkəzinə raket zərbəsi endirib: 18 nəfər yaralanıb
- Yəməndə hava limanına edilən hücumdan sonra ÜST rəhbərinın vəziyyəti ilə bağlı AÇIQLAMA
- Netanyahu: "İsrail İranın şər oxununun barmağını kəsməkdə qərarlıdır"
- İsrail aviaşirkəti AZAL təyyarəsinin qəzasından sonra Təl-Əvivdən Moskvaya uçuşları dayandırıb
- İsrail Yəmənin iki şəhərinə irimiqyaslı zərbələr endirib
Rəylər