Şəkidə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, yerli vaxtla saat 17:39-da Şəkidən 6 km şərqdə 3 maqnitudalı zəlzələ qeydə alınıb.
Dərinliyi 9 km olan zəlzələ 3 bala qədər hiss olunub.
İlk təkandan təxminən 2 saat sonra yerli vaxtla saat 19:45:23-də, ikinci təkan qeydə alınıb.
Əvvəlki zəlzələ ilə müqayisədə ikinci təkan daha güclü olub, və hiss edilib.