Bu gün Ağstafa rayonunda zəlzələ baş verib.
AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, zəlzələ bu gün 14:45:06-da Ağstafa rayonunda qeydə alınıb.
Zəlzələnin episentrində maqnituda 4,1 bal, dərinliyi 8 km olub.
Zəlzələ hiss olunmayıb.