Qurban bayramı münasibətilə azərbaycanlı məşhurlar 1 saylı cəzaçəkmə müəssisəsinə yollanıblar.
Oxu.Az xəbər verir ki, biznes-lady Ruhi Əliyeva 1000 nəfər cəzaçəkənə iki böyük tort hazırlatdırıb. Təbrikə gedənlər arasında aparıcılar Afaq Gəncəli, Cavid Gül, müğənnilər Aysel Əlizadə, Elton Hüseynəliyev, Günay İbrahimli və başqaları olub.
Tədbirin təşkilatçısı prodüser Tarix (Tolik) Əliyev bu barədə İnstaqram hesabında məlumat verib.
Aytən Sadıqzadə