Yol kənarında köməksiz qalan at tələf olub.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, iki gün öncə Bakı-Şamaxı yolunun Qobustan ərazisindən keçən hissəsində maşın tərəfindən vurulan ata yardım cəhdi edilsə də onu xilas etmək mümkün olmayıb.
Dövlət Baytarlıq Xidmətindən bildirilib ki, xəsarət almış heyvan iynə vurularaq yatızdırılıb.
Hər iki ön ayaqları qırılmış at yaşlı olması və zədələrinin çox olması səbəbindən yatızdırılıb.
Qeyd edək ki, iki gün öncə Bakı-Şamaxı yolunun Qobustan ərazisindən keçən hissəsində maşın yolu keçmək istəyən atı vurub. Sürücü isə hadisə yerindən qaçıb. Xəsarət alan heyvana isə heç kim yardım göstərməyib və o iki gün ərazidə köməksiz qalıb. Atın qəza baş verəndən sonra çəkilən fotoları isə sosial şəbəkələrdə və mediada böyük səs-küyə səbəb olub.
10:22
İki gün öncə Bakı-Şamaxı magistral yolunun Qobustan ərazisindən keçən hissəsində, Ceyrankeçməz körpüsünün yanında yüksək sürətlə hərəkət edən avtomobil yolu keçmək istəyən atı vurmuşdu.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, sakinlər lazımi qurumlara müraciət etsələr də ata sahib çıxan olmamışdı. Bu hadisə sosial şəbəkələrdə və mediada böyük səs-küyə səbəb oldu.
Bu gün səhər həmin əraziyə yollanan bir neçə adam ata kömək etmək üçün əraziyə qaldırıcı kran və yük maşını gətiriblər.
Hal-hazırda at müalicə üçün Bakıya gətirilir. Facebook səhifəsində isə atın müalicəsi üçün kampaniya başladılıb və kömək edə biləcək şəxslərdən pul toplanılır.
10:19
Bakı-Şamaxı şosesində, Qobustan ərazisində, Ceyrankeçməz körpüsünün yanında maşın bu atı vurub qaçıb.
Oxu.Az xəbər verir ki, heyvan ayaqları sınıq vəziyyətdə artıq iki gündür ki, yolun qırağında qalıb. Hələ də sağdır. 102 və 112-yə zəng ediblər, amma heç bir tədbir görülməyib.
Könüllü baytarlar və ya heyvan mühafizə təşkilatları varsa diqqət yetirsinlər.